Polşanın Konstitusiya Məhkəməsi beynəlxalq müqavilələrdəki bəzi maddələrin ölkə konstitusiyasına zidd olduğuna dair qərar çıxarıb

Polşanın Konstitusiya Məhkəməsi beynəlxalq müqavilələrdəki bəzi maddələrin ölkə konstitusiyasına zidd olduğuna dair qərar çıxarıb
8 Oktyabr 2021
Mətni dəyiş

Polşa Konstitusiya Məhkəməsi Avropa Birliyi ilə imzalanan müqavilələrin bəzi maddələrinin ölkə konstitusiyasına zidd olduğuna dair qərar çıxarıb. 

Qərar Avropa Birliyi və Polşa arasında ifadə azadlığı, mətbuat azadlığı və təməl haqlar mövzusunda gərginliyin yaşandığı dövrə təsadüf edib.

Avropa Komissiyası sentyabrda Avropa Birliyinə müraciət edərək bildirib ki, Polşadakı məhkəmə islahatları əslində məhkəmə hakimiyyətinin müstəqilliyinə təsir edib və buna görə Polşaya cərimə tətbiq edilməlidir.

Elə həmin dövrlərdə Polşa Konstitusiya Məhkəməsində ölkənin əsas sənədinin konstitusiya, yoxsa Avropa Konvensiyası olmasına dair müzakirələr baş tutub. Komissiya bu müzakirələrin dayandırılmasını, məsələnin gündəlikdən çıxarılmasını istəyib.

Ancaq Konstitusiya Məhkəməsi ölkədə həlledici sənəd kimi, konstitusiyanı qəbul edib. Hökumətin sözçüsü Piot Müller açıqlama verərək qərarın doğru olduğunu bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun