Polşa miqrant axınının qarşısını almaq üçün Belarusla sərhədə 350 milyon avroluq divar inşa edəcək

Polşa miqrant axınının qarşısını almaq üçün Belarusla sərhədə 350 milyon avroluq divar inşa edəcək
14 Oktyabr 2021
Mətni dəyiş

Pola hökuməti miqrantların Belarusdan Polşaya axının qarşısını almaq üçün Belarusla sərhədə 350 milyon avroluq (65 milyon 100 manat) divar hörmək fikrinə düşüb. 

Hökumətin hazırladığı layihə təsdiq olunmaq üçün parlamentə göndərilib. Hökumıt bu divarla yanaşı, divarlarda quracağı hərəkət detektorları vasitəsi ilə insanların sərhədin 200 metrliyinə yaxınlaşmasının da qarşısını alacaq.

Avqustdan etibarən Yaxın Şərqdən və Afrikadan olan minlərlə qaçqın Belarusla sərhədə gəlib, Polşaya keçmək istəyiblər. Son vaxtlar miqrant axının sürətlə artdığını bildirən Varşava hökuməti sərhəd bölgələrində fövqəladə vəziyyət elan edib və minlərlə əsgəri sərhədə gətirib.

İnsan haqları təşkilatları tərəfindən qaçqınları qanunsuz olaraq Belarusa keçməyə təşviq etməkdə ittiham olunan Polşa bu günlərdə divar tikintisini maliyyələşdirmək üçün Avropa Birliyindən maliyyə dəstəyi istəmişdi.

Ancaq Avropa Komissiyası sentyabrda Avropa Birliyinə müraciət edərək bildirib ki, Polşadakı məhkəmə islahatları əslində məhkəmə hakimiyyətinin müstəqilliyinə təsir edib və buna görə Polşaya cərimə tətbiq edilməlidir. Bundan sonra Polşa Konstitusiya Məhkəməsi Avropa Birliyi ilə imzalanan müqavilələrin bəzi maddələrinin ölkə konstitusiyasına zidd olduğuna dair qərar çıxarıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun