İrlandiya daha iri şirkətlər üçün “vergi cənnəti” olmayacaq

İrlandiya artıq Apple, Facebook və Google kimi transmilli şirkətlər üçün “vergi cənnəti” olmayacaq.

Ölkənin Nazirlər Kabineti dövriyyəsi 750 milyon avrodan çox olan şirkətlər üçün mənfəətin 12.5 faizdən 15 faizə qədər olan korporativ vergi dərəcəsinin dəyişdirilməsini təsdiqləyib. Bununla Dublin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən təsdiq edilmiş böyük şirkətlər üçün “Qlobal Vergi Sazişi”nə qoşulur.

İslahat 2023-cü ilə qədər həyata keçirilə bilər.

“Bu, hökumətin ölkəmizin maraqları naminə verdiyi düzgün, ağlabatan və praqmatik qərardır. Və nəticədə, bu həll müəssisələr və investorlar üçün uzunmüddətli rifah təmin edən lazımi şərait yaradacaq və bu da gələcəkdə minlərlə işçiyə fayda verəcək”, İrlandiyanın maliyyə naziri Paskal Donoxyu bildirib.

Bu təşəbbüs ilk olaraq G7, iyul ayında isə artıq G20 tərəfindən dəstəklənib.

Qlobal Vergi Sazişi 139 ölkədən 130-u tərəfindən imzalanıb.

İrlandiya, Estoniya və Macarıstan bu günə qədər öz mövqelərini qoruyanlar arasında idilər. Ancaq, görünür, sonuncu ölkə tezliklə Avropadakı böyük şirkətlər üçün yeganə “vergi cənnəti” olacaq.

Əvvəlki məqaləPolşanın Konstitusiya Məhkəməsi beynəlxalq müqavilələrdəki bəzi maddələrin ölkə konstitusiyasına zidd olduğuna dair qərar çıxarıb
Növbəti məqalədəRusiyada 3 mətbuat orqanı və 9 jurnalist “xarici agent” elan edilib