İraqda millət vəkili seçilən şəxsin 2 ay əvvəl öldüyü məlum olub

İraqda millət vəkili seçilən müstəqil namizəd Ensam Manuely İsgəndərin 2 ay əvvəl koronavirusdan öldüyü məlum olub. 

Xristian azlıqdan olan müstəqil millət vəkili 10 oktyabr seçkilərində azlıqlar üçün ayrılan kvotaya uyğun olaraq parlamentə düşə bilib. O, 2 min 397 səs toplaya bilib.

Ancaq bundan sonra, onin sosial şəbəkələrdəki hesabından yayılan məlumatda bildirilib ki, Ensam Manuely İsgəndər koronavirusa yoluxduğu üçün 35 gün xəstəxanada müalicə alıb və 2 ay əvvəl dünyasını dəyişib.

Paylaşımda qeyd olunub ki, insanlar səs verəndə ya ölümdən məlumatsız olublar, ya da insani münasibətlərini göstərib belə simvolik addım atıblar.

İraqda keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələrinin hesablanmasına görə Müqtəda Əs-Sədrin rəhbərlik etdiyi “Əs-Sədr” hərəkatı önə çıxıb.

İraqın Mərkəzi Seçki Komissiyası (MSK) xəbər verir ki, hərəkat 329 yerdən ibarət olan parlamentin 73 yerini qazanıb. İraq parlamentinin sədri Məhəmməd Halbustinin rəhbərlik etdiyi “Təqqədüm” partiyası 38, keçmiş Baş nazir Nuri Əl-Malikinin rəhbərlik etdiyi “Qanuni dövlət” koalisiyası isə üçüncü olaraq seçkilərdə parlamentdəki yerlərin 37–ni əldə edib.

 Nəzərə çatdırılıb ki, 2003-cü ildən bu yana İraqda keçirilən bütün seçkilərdə əhalinin fəallığı nümayiş olunmayıb. Lakin 2021-ci ilin oktyabrın 10-da keçirilən parlament seçkilərində əhalinin 41 faizdən çoxu fəallıq nümayiş etdirərək seçkilərdə iştirak edib.

Əvvəlki məqaləHollandiyanın Baş nazirinə və digər hökumət üzvlərinə sui-qəsd planı hazırlayan türk əsilli şəxs həbs edilib
Növbəti məqalədəTaliban nümayəndələri danışıqlar üçün Türkiyəyə yola düşüb