İran və Azərbaycan xarici işlər nazirləri "dostluqdan" danışıblar

İran və Azərbaycan xarici işlər nazirləri "dostluqdan" danışıblar
13 Oktyabr 2021
Mətni dəyiş

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı baş tutub.

Iran XIN-nin 12 oktyabr axşamki məlumatına görə, nazirlər ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər.

İranlı nazir bildirib ki, iki ölkə münasibətlərdəki anlaşılmazlıqlara yol verməməlidir. Onun sözlərinə görə, əlaqələrin güclənən və artan istiqamətdə davam etməsi vacibdir.

Ceyhun Bayramov isə bildirib ki, Azərbaycan və İran arasında dost münasibətləri mövcuddur:

“Qonşu ölkələrlə dost münasibətlər Azərbaycan üçün prioritetdir. Problemlər dialoq yolu ilə, sakit və səmimi bir mühitdə həll edilməlidir”

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun