Hollandiyanın Baş nazirinə və digər hökumət üzvlərinə sui-qəsd planı hazırlayan türk əsilli şəxs həbs edilib

Hollandiyanın Baş nazirinə və digər hökumət üzvlərinə sui-qəsd planı hazırlayan türk əsilli şəxs həbs edilib
14 Oktyabr 2021
Mətni dəyiş

Hollandiyanən Baş naziri Mark Rutteye və digər hökumət üzvlərinə hücum planlaşdırdırmaq, terror məqsədi ilə çağırış etmək ittihamı ilə bir türk əsilli şəxs həbs edilib. 

Hollandiya prokurorluğu açıqlama yayaraq bildirib ki, Yavuz O. adlı şübhəli gələn həftə Laheydə hakim qarşısına çıxarılacaq.

Məlumatlara görə, Yavus O. hər kəs üçün açıq olan bir "Telegram" kanalı açıb və bu kanal üzərindən Hollandiyanın Baş naziri Mark Rutteyə, digər hökumət üzvlərinə qarşı terror çağırışı edib.

"Telegram" kanalında bir izləyicinin Baş naziri tənqid etməsindən sonra Yavuz: "Hər şeyi dəyişdirəcəm. Hollandiyalıların çoxu Rutteyə nifrət edir. Hökumət üzvlərini vurmaq istəyərdinmi? Bir maşından. Pəncərəni aç, silahı çıxart və partlat", - deyə yazıb.

Türk əsilli Yavuz O. başqa bir rəydə cavab olaraq hücumu həyata keçirəcək silahlı şəxslər axtardığını bildirib.

"Etirazçı axtarmıram, inqilabçı axtarıram. Killerlər. Silahlar, şiddət - hər şey sərbəst olacaq", - deyə o, qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun