Həkimi Saakaşvilin səhhəti pisləşib deyir, Gürcüstan rəsmiləri isə təkzib edir

Oktyabrın 1-də Gürcüstanda həbs olunan sabiq prezident Mixeil Saakaşvilinin səhhətinin pisləşdiyi bildirilib.

Bu barədə onun vəkili Nikoloz Kipşidze məlumat yayıb. Vəkil bildirib ki, həbsxanada keçirdiyi acıq aksiyasına görə onun səhəti ağırlaşıb. Vəkil bildirib ki, Saakaşvili ilə Rustavidə saxlanıldığı həbsxanada görüşüblər.

“Mən onunla 3 gün əvvəl də görüşmüşdüm. 3 gün əvvəlki vəziyyəti ilə indiki arasında çox fərq var. Səhhəti çox pisdir”, – deyə Nikoloz Kipşidze bildirib.

Vəkil əlavə edib ki, Sakaaşvili həbsindən bu günə qədər ancaq ballı su içib.

Gürcüstanın Xüsusi Həbsxana Xidməti isə Sakaşvilinin səhhətinin pisləşməsinə dair vəkilin dediklərini təkzib edib.

Xidmətdən bildirilib ki, Saakaşviliyə lazımı tibbi yardım göstərilir, dərmanlarla təmin olunur və davamlı olaraq yoxlanılır. Səhhəti normaldır.

Əvvəlki məqaləPaşinyan sabah Putinlə görüşəcək
Növbəti məqalədəDSX İranın Sərhəd Qoşunlarının komandanına cavab verib: “Dövlət sərhədində hansısa üçüncü ölkənin qüvvələri yoxdur”