Facebook "uydurma kainat" qurmaq üçün 10 000 insanı işə götürməyi planlaşdırır

Facebook "uydurma kainat" qurmaq üçün 10 000 insanı işə götürməyi planlaşdırır
18 Oktyabr 2021
Mətni dəyiş
Facebook yeni yaradacağı kollektiv virtual paylaşım məkanı adlandırılan “metaverse” çərçivəsində növbəti 5 il ərzində Avropa Birliyi ölkələrində 10 min insanı işlə təmin edəcəyini açıqlayıb. Facebook sosial media hesabından verdiyi açıqlamada Avropa Birliyində işə götürüləcək ixtisaslı işçilərin "metaverse"-in formalaşmasına töhfə verəcəyini bildirilib. Sosial şəbəkə sentyabr ayında verdiyi açıqlamada yeni layihə üçün 50 milyon dollar ayrıldığını elan etmişdi. Mərkəzi Kaliforniyada yerləşən amerikan sosial media və texnologiya şirkəti “metaverse” vasitəsilə rəqəmsal toplantıları necə virtual aləmə daşıyacaqlarını daha əvvəl ictimaiyyətə açıqlamışdı. Facebook bu üsulla rəqəmsal toplantı axınını tamamilə dəyişdirməyi hədəfləyir. Facebook-un təsisçisi Mark Zukerberq gələcəkdə şirkəti reallığa yaxın virtual dünya “metaverse” təqdim edən bir quruluşa döndərmək istədiyini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun