Ermənistan Azərbaycan üçün hava məkanını açıb, Naxçıvana ilk uçuş həyata keçirilib

Ermənistan Azərbaycan üçün hava məkanını açıb, Naxçıvana ilk uçuş həyata keçirilib
6 Oktyabr 2021
Mətni dəyiş

Bu gündən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Naxçıvan reyslərinin yerinə yetirilməsi üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb.

Bu barədə AZAL xəbər verir.

"Bu addım Azərbaycanın regionda nəqliyyat kommunikasiyalarının açılmasına qəti hazır olduğunu nümayiş etdirir, bütün sərhəd dövlətlərin maraqlarına cavab verir. Bakı-Naxçıvan reysinin marşrutunun dəyişməsi uçuş vaxtını və yanacaq sərfiyyatını azaldacaq. Beləliklə, AZAL bu reysi yerinə yetirərkən Ermənistan və İran üzərindən keçən dəhlizlər daxil olmaqla bütün mövcud hava dəhlizlərindən istifadə edə bilər", - deyə aviaşirkət bəyan edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun