Dünyanın ən yaxşı 1000 universiteti arasında Azərbaycan universitetlərindən heç biri yoxdur

Dünyanın ən yaxşı 1000 universiteti arasında Azərbaycan universitetlərindən heç biri yoxdur
18 Oktyabr 2021
Mətni dəyiş

Britaniyanın Times Higher Education (THE) jurnalı tərəfindən tərtib olunan və dünyanın ən nüfuzlu reytinqlərindən hesab olunan Dünya Universitetləri Reytinqi (THE World University Ranking) açıqlanıb. 

Siyahıda Azərbaycan universitetlərindən heç biri ilk 1000 universitet arasına daxil ola bilməyiblər.

2022-ci ildə Azərbaycan universitetləri arasında ilk dəfə olaraq Bakı Dövlət Universiteti siyahıda yer alıb. BDU dünyanın siyahıya düşən 1662 universiteti arasında reytinq sıralamasında 1201+,  beynəlxalq reputasiyasına görə isə 864+ yerdə qərarlaşıb.

2010-cu ildən başlayaraq Dünya Universitetləri Reytinqini tərtib edən Times Higher Education jurnalının siyahısı rəsmi olaraq qəbul edilən 4 nüfuzlu reytinq siyahısından biridir (THE, MosIUR, QS, ARWU). Reytinq siyahısının tərtib olunmasında 5 kateqoriya üzrə göstəricilərdən istifadə edilir: tədris fəaliyyəti (Teaching) – 5 göstərici, istinad (Citation) – 1 göstərici , elmi-tədqiqat fəaliyyəti (Research)  – 3 göstərici, sənayedən gələn gəlir (Industry Income) – 1 göstərici və ali təhsil müəssisəsinin (ATM) beynəlmiləlləşmə səviyyəsi (International Outlook) – 3 göstərici. Reytinq siyahısının tərtibi zamanı ATM üzrə statistik məlumatlar, SCOPUS biblioqrafik verilənlər bazasında dərc olunma və istinad olunma aktivliyi öyrənilir və akademik ekspertlərin rəyi nəzərə alınır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun