Bu gün Putin MDB ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşəcək

Russian President Vladimir Putin attends his New Year address to Russians in central Moscow on December 31, 2017. / AFP PHOTO / Alexey NIKOLSKY (Photo credit should read ALEXEY NIKOLSKY/AFP/Getty Images)

Rusiya prezidenti Vladimir Putin bu gün MDB ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşəcək.

Bu barədə Kremlin mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, görüş videokonfrans formatında keçiriləcək.

Görüşdə Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndə heyətlərinin rəhbərləri iştirak edəcək.

Xüsusi xidmət orqanlarının rəhbərləri MDB-yə üzv dövlətlərin təhlükəsizlik və kəşfiyyat xidmətlərinin rəhbərlərinin görüşünün XVII iclasında iştirak etmək üçün Moskvaya gələcəklər.

İclas təhlükəsizlik və sabitliyin təmin edilməsi sahəsində MDB xüsusi xidmət orqanlarının qarşılıqlı əlaqəsi məsələlərinə həsr edilib.

Əvvəlki məqaləBağışla, indi təmizləyirəm… – Ramil Əliyev (hekayə)
Növbəti məqalədəQırğızıstanda hökumət buraxılıb, yeni hökumət qurulur