BMT-nin Baş katibi dünya əhalisinin 40 faizini peyvənd etdirmək üçün səkkiz milyard dollara ehtiyac olduğunu deyib

BMT-nin Baş katibi Antonio Quterreş dünya əhalisinin 40 faizini ilin sonuna qədər koronavirusa qarşı peyvənd etdirmək üçün əlavə səkkiz milyard dollara ehtiyac olduğunu bildirib.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə qlobal vaksinasiya strategiyasını təqdim edib.

Antonio Quterreşin sözlərinə görə, ÜST-ün hazırladığı plana əsasən 2021-ci ilin sonuna qədər dünya əhalisinin 40 faizini, 2022-ci ilin ortalarına qədər isə 70 faizini vaksinasiyadan keçirmək nəzərdə tutulur.

“Bu planın müvəffəqiyyəti dünyda peyvəndlərin ədalətli paylanmasından asılıdır. Əlaqələndirilmiş və ədalətli bir yanaşma olmasa, ölkələrdə xəstəliyə yoluxanların sayının azalması davamlı proses olmayacaq. Hamının xeyri üçün vaksinasiyanın bütün ölkələri əhatə etməsinə çalışmalıyıq”, – deyə Antonio Quterreş vurğulayıb.

Əvvəlki məqaləUkraynalı gənc deputat taksidə ölü tapılıb
Növbəti məqalədəƏli Kərimlinin mühafizəçisi 13 il azadlıqdan məhrum edilib