Belçikada həftəlik iş gününün 4 günə endirilməsi müzakirə olunur

Belçikada həftəlik iş gününün 4 günə endirilməsi müzakirə olunur
8 Oktyabr 2021
Mətni dəyiş

Bekçika Federal Hökuməti iş gününün 5 gündən 4 günə endirilməsi ilə bağlı edilən təklifi müzakirə edəcək. 

Liberal siyasi fəalların və millət vəkillərinin təklifi həftəlik iş gününü aşağı salsa da, iş saatını dəyişmir. Təklifə görə, həftəlik 38-40 saat olan iş saatı 4 gün ərzində bölüşdürülsə, bu faydalı iş əmsalını artıracaq.

Belçikanın İqtisadiyyat Nazirliyinin verdiyi açıqlamaya görə isə bu təklif faydalı iş əmsalının artırılması kontekstində hökumət tərəfindən də müzakirə olunur. Nazirlik bildirib ki, məsələ önümüzdəki həftəyə kimi daha dəqiqlik tapacaq.

Bildirilib ki, koronavirus (Covid-19) epidemiyasının yaratdığı problemlərdən sonra artıq Belçikanın iş yükü əsas məsələlərdəndir.

Liberalların təklifini isə Belçikada siyasi partiyaların əksəriyyəti dəstəkləyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun