ABŞ məhkəməsinin “Halkbank” qərarı: İrana qarşı sanksiyaları pozduğuna görə mühakimə oluna bilər

ABŞ məhkəməsinin “Halkbank” qərarı: İrana qarşı sanksiyaları pozduğuna görə mühakimə oluna bilər
23 Oktyabr 2021
Mətni dəyiş
ABŞ Apellyasiya Məhkəməsi “Halkbank”ın İrana qarşı sanksiyaları pozmağa kömək etdiyinə görə mühakimə oluna biləcəyinə qərar verib. Məhkəmənin açıqlamasında “banka qarşı ittihamlar kommersiya fəaliyyəti istisnası dairəsinə aiddir” fikri yer alıb. “Halkbank” İranın xeyrinə neft gəlirlərini qızıla, sonra isə nağd pula çevirməkdə və neftdən əldə edilən gəlirlərin yuyulması üçün guya ərzaq nəql edirmiş kimi göstərməkdə ittiham olunur. Prokurorlar tərəfindən “Halkbank”a qarşı irəli sürülən başqa bir ittiham isə bankın məhdudlaşdırılmış vəsaitdən 20 milyard dolların İrana köçürülməsinə gizli şəkildə kömək etdiyi iddiasıdır ki, bunun da ən azı 1 milyard dolları ABŞ maliyyə sistemi vasitəsilə yuyulub. “Halkbank”ın vəkili bankın ABŞ qanunlarına qarşı toxunulmazlığa malik olduğunu müdafiə edərək, ABŞ-ın İrana qarşı sanksiyalarını pozmaqda günahlandırıldığı iddianın rədd edilməsini tələb edib. “Halkbank” fırıldaqçılıq, çirkli pulların yuyulması və sövdələşmə ittihamlarını rədd edir. “Halkbank” ABŞ-da “Xarici Dövlət Toxunulmazlığı Qanunu” (FSIA) çərçivəsində mühakimə oluna bilməyəcəyi səbəbi ilə apellyasiya məhkəməsinə müraciət edib. Məhkəmə bəyan edib ki, sözügedən qanun cinayət işlərində toxunulmazlıq təmin etsə də, “Halkbank”a qarşı irəli sürülən cinayət FSIA-nın kommersiya fəaliyyəti çərçivəsindədir. Apellyasiya məhkəməsi “Halkbank”ı haqlı hesab etsəydi, işə xitam veriləcəkdi, lakin banka qarşı qərar çıxardığı üçün işə federal məhkəmədə baxılacaq. “Halkbank”dan Bəyanat: Bütün qanuni hüquqlardan istifadə ediləcək “Halkbank” ABŞ-da davam edən cinayət işi ilə bağlı Xarici Dövlət Toxunulmazlığı Qanununa uyğun olaraq Nyu-York Apellyasiya Məhkəməsinə edilən müraciətin rədd edildiyini, qərara etiraz etmək üçün bütün qanuni hüquqlardan istifadə ediləcəyini bildirib. “Halkbank”ın İctimai Aydınlatma Platformasında (KAP) yer alan açıqlamasında deyilir: "Xarici Dövlət Toxunulmazlığı Qanunu (FSIA-Xarici Suveren Toxunulmazlıqlar Qanunu) çərçivəsində Nyu-York Apellyasiya Məhkəməsinə müraciətimiz məhkəmə tərəfindən rədd edildi. Apellyasiya Məhkəməsinin rədd qərarına etiraz etmək üçün bütün qanuni haqlarımızdan istifadə edəcəyik”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun