10 ölkə sərhədlərinə divar hörmək üçün Avropa Birliyindən pul istəyir

10 ölkə sərhədlərinə divar hörmək üçün Avropa Birliyindən pul istəyir
9 Oktyabr 2021
Mətni dəyiş

Yunanıstan, Avstriya, Polşa, Amacarıstan da daxil olmaqla 10 Avropa Birliyi ölkəsi ölkə sərhədlərində divar hörmək üçün birlikdən maddi dəstək istəyiblər. 

Onlar bunun qaçqınlarla mübarizədə vacib olduğunu bildiriblər. Bu barədə məlumat Yunanıstan mətbuatında gedib.

Avropa Birliyi ölkələrindən 12 nazirin imzaladığı məktubda qeyd olunub ki, belə bir baryerin tikilməsi təkcə bizim ölkələrimizin yox, ümumilikdə Avropa Birliyi ölkələrinin maraqlarına xidmət edir.

Məktubda qeyd olunub ki, Avropa birliyinin sərhədləri sağlam şəkildə qorunsa, heç bir ölkə Avropa Birliyini qaçqın axını ilə şantaj edə bilməyəcək.

Artıq bir neçə ildir ki, bu ölkələr ölkə sərhədlərində müxtəlif tədbirlər həyata keçirirlər. Qaçqın axının qarşını almaqda hələlik ən təsirli yol kimi tikanlı məftillərdən istifadə edirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun