Əli Kərimlinin mühafizəçisi 13 il azadlıqdan məhrum edilib

Əli Kərimlinin mühafizəçisi 13 il azadlıqdan məhrum edilib
8 Oktyabr 2021
Mətni dəyiş

Oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin mühafizəçisinə hökm oxunulub.

Məhkəmə açıq keçirilsə də, zala heç heç kəs buraxılmayıb. Məhkəmə önünə gələn partiya fəalları polis tərəfindən saxlanılıblar. Saat 13:00-da isə hakim Siyavuş Hacıyev Niyaməddin Əhmədovun 13 il azadlıqdan məhrum edilməsi ilə bağlı hökm çıxarıb.

Niyaməddin Əhmədov Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 28.281 (dövlət əleyhinə açıq çağırışlara hazırlıq) və 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələrilə ittiham olunur. Bu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

AXCP fəalı özünü təqsirli bilmir, Əli Kərimlinin mühafizəçisi olduğuna, 2019-cu ilin 19 oktyabrında Milli Şuranın keçirdiyi icazəsiz etiraz aksiyasında sona qədər onu tək buraxmadığına görə cəzalandırıldığını deyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun