XİN Xankəndiyə qanunsuz səfər edən Fransa rəsmilərinə qarşı Azərbaycana giriş qadağası tətbiq etdi

XİN Xankəndiyə qanunsuz səfər edən Fransa rəsmilərinə qarşı Azərbaycana giriş qadağası tətbiq etdi
16 Sentyabr 2021
Mətni dəyiş
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva Fransa Milli Assambleyasının üzvü Fransua Pupponinin Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfərinə münasibət bildirib. Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Fransa Milli Assambleyasının üzvü Fransua Pupponi ilk dəfə deyil ki, Azərbaycan ərazisinə qanunsuz səfər edir: “O, qatı anti-Azərbaycan mövqeyi ilə seçilir. Azərbaycan qanunvericiliyini pozduğu üçün deputatın adı ölkəmizə girişi qadağan olunan xarici ölkə vətəndaşlarının siyahısındadır. Fransa Milli Assambeyasının üzvünü bu qanunsuz səfərdə müşayiət edən Fransanın Arnuvil şəhərinin meri, Sarsel şəhərinin nümayəndəsinə qarşı da Azərbaycana giriş qadağası tətbiq ediləcək. Fransa nümayəndələrinin bu məsuliyyətsiz və təxribatçı davranışı qəbuledilməzdir və bölgədə münaqişə sonrası sülh quruculuğu səylərinə xələl gətirir”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun