“The New York Times”: “İran bir aydan sonra atom bombasını yarada bilər”

Təxminən bir ay sonra İran ilk atom bombasını yaratmaq üçün kifayət qədər zənginləşdirilmiş uran əldə edəcək və bunu ABŞ-a qarşı təzyiq vasitəsi kimi istifadə edərək nüvə anlaşmasında daha əlverişli şərtlər qazanmağa çalışacaq.

“The New York Times”-ın məlumatına görə, İranın ikinci atom bombası yaratması üçün təxminən üç ay, üçüncüsünü yaratmaq üçün isə beş aydan bir qədər az müddətə ehtiyacı var.

Bu qənaətə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) son hesabatlarına əsaslanaraq, Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu gəlib.

Hesabatın müəllifi Devid Olbraytdır.

Rəsmi Tehran isə öz növbəsində nüvə silahı arsenalı yaratmaq niyyətində olmadığını bəyan etməyə davam edir.

ABŞ-ın hazırkı Prezidenti Co Bayden administrasiyasının üzvləri hələ sözügedən hesabata münasibət bildirməyiblər.

Əvvəlki məqaləTəhsil Nazirliyinin qarşısında təkadamlıq aksiya keçirildi
Növbəti məqalədəAvstriya əfqan qaçqınlardan imtina etdi