"Taliban" qadınların işə qəbul şərtlərini açıqladı

"Taliban" qadınların işə qəbul şərtlərini açıqladı
14 Sentyabr 2021
Mətni dəyiş

Əfqan qadınları kişilərlə birgə işləməməlidir. 

"Röyter" xəbər verir ki, bu sözləri taliblərin yüksək vəzifəli komandirlərindən olan Vahidulla Haşimi səsləndirib.

Beləliklə, əfqan qadınları hökumət müəssisələrində, banklarda, kütləvi informasiya vasitələrində, şirkətlərin çoxunda işləmək hüququndan məhrum olurlar.

Haşiminin sözlərinə görə, hökumət Qərbin etirazlarına baxmayaraq, özünün şəriət və İslam hüququ baxışına riayət etmək niyyətindədir.

“Taliban” nümayəndəsi əlavə edib ki, kişilər və qadınlar arasında evdən kənarda ünsiyyətə müəyyən şərtlər altında, məsələn, həkimə müraciət zamanı icazə veriləcək.

“Bizə, əlbəttə, qadınlar lazımdır, məsələn, səhiyyədə, təhsildə. Onlar üçün ayrıca müəssisələr olacaq, xəstəxanalar, məktəblər, mədrəsələr, ola bilsin, universitetlər”, - Haşimi söyləyib.

Dünya Bankının məlumatına görə, 2020-ci ildə işləyən əfqanlar arasında qadınların xüsusi çəkisi 23% təşkil edirdi. "Taliban"ın hakimiyyətdə olduğu 2001-ci ildə bu rəqəm sıfıra bərabər idi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun