Taliban qadın bələdiyyə işçilərinə işə gəlməyi qadağan edib

Taliban qadın bələdiyyə işçilərinə işə gəlməyi qadağan edib
20 Sentyabr 2021
Mətni dəyiş

Qısa müddət əvvəl hərbi çevriliş edərək Əfqanıstanı nəzarətə götürən və yeni hökumət qurduğunu açıqlayan Talibanın qadınlarla bağlı məhdudiyyətləri davam edir. 

Məktəblərin hələlik qız şagirdlər üçün bağlı olduğunu açıqlayan və etirazlara qatılan qadınlara sərt müdaxilələr edən Taliban bu dəfə də hökumət üçün işləyən qadınların evdə qalmalı olduqlarını bildirib.

Bu barədə Kabilin meri Həmdullah Nomani açıqlama verib. O bildirib ki, Kabildəki yerli bələdiyyələrdə çalışan qadınlar bir müddət işə gəlməyəcəklər. Mer əlavə edib ki, Taliban qadınların bir müddət işlərdən kənar qalmasının faydalı olacağını düşünür.

Talibanın hakimiyyətdə olduğu 1996-2001-ci illərdə Əfqanıstanda qadınlarla bağlı çox ağır məhdudiyyətlər olub. Həmin illərdə qadınların təhsil alması və işləməsi qadağan olunmuşdu.

Ancaq Taliban hakimiyyəti bu dəfə hakimiyyəti ələ keçirdikdən sonra qadınlarla bağlı sərt məhdudiyyətlərin olmayacağını vəd etmişdi.

Taliban sözçüləri bildirmişdi ki, İslamı qaydaları çərçivəsində qadın hüquqlarına hörmətlə yanaşılacaq. Ancaq Talibanın qadınlarla bağlı məhdudiyyət qərarları getdikcə genişlənməyə davam edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun