Sentyabrın 6-dan Azərbaycana 13 ölkənin vətəndaşlarının girişinə icazə verilir

Sentyabrın 6-dan Azərbaycana 13 ölkənin vətəndaşlarının girişinə icazə verilir
4 Sentyabr 2021
Mətni dəyiş
Baş nazir Əli Əsədov “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Qərara əsasən, 2021-ci il 6 sentyabr tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir: - Çin Xalq Respublikası; - Estoniya Respublikası; -.Finlandiya Respublikası; - Fransa Respublikası; - Honq-Konq (ÇXR); - Xorvatiya Respublikası; - İslandiya Respublikası; - İtaliya Respublikası; - Latviya Respublikası; - Malayziya; - Səudiyyə Ərəbistanı Krallığı; - Yaponiya.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun