Səyyad Əlizadənin ağ ciyərində 70 faiz buzlu şüşə aşkarlanıb, ECMO cihazına qoşulub

Səyyad Əlizadənin ağ ciyərində 70 faiz buzlu şüşə aşkarlanıb, ECMO cihazına qoşulub
17 Sentyabr 2021
Mətni dəyiş

Ötən gecə Mərkəzi Gömrük Hospitalına köçürülən və reanimasiya şöbəsinə yerləşdirilən tanınmış müğənni Səyyad Əlizadə ECMO cihazına qoşulub.

Bu barədə müğənninin qohumu Razim Qarayev məlumat verib.

O bildirib ki, müayinə nəticəsində S.Əlizadənin ağ ciyərində 70% buzlu şüşə aşkarlanıb: "Ötən gecədən Səyyad bəyin müalicəsi yüksək səviyyədə davam etdirilir. Ancaq vəziyyəti ağır olaraq qalır. Ümid edirik ki, prosedurların nəticəsi olacaq".

ECMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran müalicə üsuludur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun