Rusiyanın hərbi gəmiləri Bakıya gəlib

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Nümayəndə heyəti Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Astraxan” və “Anatoli Qujvin” hərbi gəmiləri ilə Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb.

Qarşılama mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəsmiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin və hərbi atteşesinin nümayəndələri iştirak ediblər.

Əvvəlki məqaləBMT-dən xəbərdarlıq: “Dünya fəlakətə doğru gedən bir yoldadır”
Növbəti məqalədəMakronu Hitlerə bənzədən şəxs cərimələndi