Rusiyada səslərin 99 faizi sayılıb, ilkin nəticələr açıqlanıb

Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə səslərin 99 faizi sayılıb. 

Bu barədə Sputnik məlumat yayıb.

Məlumata görə, “Yedinaya Rossiya” partiyası səslərin 49.82 faizini toplayaraq ilk sıranı ələ keçirib.

Kommunist partiyası səslərin 19 faizini, Rusiya Liberal Demokrat Partiyası 7.49 faizini, Adil Rusiya 7.42 faizini, Yeni İnsanlar isə 5.35 faizini toplaya bilib.

Rusiya seçkiləri də baraj sistemi ilə keçilir. Dumaya düşmək istəyən siyasi qüvvələr səslərin ən azı 5 faizini toplamalıdırlar.

Koronavirus (Covid-19) epidemiyasının fonunda 17 sentyabrdan etibarən başlayan seçkilər 3 gün davam edib. Vətəndaşlar seçkilərdə Duma üzvlərini, 9 bölgənin rəhbərliyini, o cümlədən 39 millət vəkilini seçiblər.

Əvvəlki məqaləErmənistan hökumətinin sözçüsü: “Türkiyə ilə dialoqa hazırıq, amma dəhlizlər barədə söhbət regionda sülhün bərqərarı məntiqinə ziddir”
Növbəti məqalədəMakron Əl-Cəzirə müharibəsində Fransa üçün döyüşən Harkilərdən üzr istəyib