Rusiyada Qarabağın "respublika" adlandırıldığı qalmaqallı tender ləğv edilib

Rusiyada Qarabağın "respublika" adlandırıldığı qalmaqallı tender ləğv edilib
6 Sentyabr 2021
Mətni dəyiş

Rusiya Federasiyası Dövlət Satınalmalarının saytı  Rusiya Federasiyası Müdafiə Nazirliyinin Qarabağ ərazisində yerləşən hərbi şəhərciklərinin kazarma-mənzil fonduna xidmət üzrə 13 avqust 2021-ci il tarixində elan edilmiş qapalı müsabiqəni (tender) ləğv edib. Tenderin mətnində Rusiya ordusunun hərbi şəhərciklərinin yerləşdiyi Qarabağ ərazisi "Dağlıq Qarabağ Respublikası"adlandırılıb.

Bu barədə Turan agentliyi xəbər yayıb. Məlumata görə, qapalı müsabiqənin keçirilməsi üçün ərizə Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən verilib.

Bununla əlaqədar Azərbaycan ictimaiyyətində belə bir sual yaranıb: Rusiya Müdafiə Nazirliyi Azərbaycan ərazisini "Dağlıq Qarabağ Respublikası" adlandırmaqda hansı məqsədi güdür?

Rusiya Müdafiə Nazirliyində bu məsələni şərh etməyiblər. Azərbaycan Müdafiə Nazirliyində də verməyiblər.

Dünən məlum olub ki, nəzərdə tutulan tender ləğv edilib, bu barədə Rusiya Federasiyasının Dövlət sifarişlərinin saytında qeyd var.

Azərbaycan Milli Məclisinin deputatı Rasim Musabəyov Turan-a müsahibəsində deyib ki, baş verənlər səhv, Rusiya Müdafiə Nazirliyi Aparatında çalışan və müsabiqənin mətninin tərtibatı ilə məşğul olan şəxsin savadsızlığının nəticəsi ola bilər. Bu, texniki səhv ola bilər. Bununla belə, Azərbaycan belə səhvlərin düzəldilməsini və buna yol verilməməsini tələb etməlidir.

Rasim Musabəyov Rusiyadan Rusiya Müdafiə Nazirliyinin Satınalmalar saytından sənəd göndərib.

Rasim Musabəyova Moskvadan Rusiya Müdafiə Nazirliyinin satınalmalar saytından sənəd göndəriblər ki, təxribatyönlü tender ləğv edilib.

"Azərbaycanlılar üçün təhqiredici qeydin əks olunduğu tenderin elan edilməsi və bağlanması dərs olmalıdır ki, gələcəkdə Rusiyada Qarabağ haqda məlumat yayarkən  terminlərə hörmətlə yanaşsınlar", - Musabəyov deyib.

Bundan öncə o, bu sənədin düzəldilmədiyi təqdirdə tenderdə bəyan edilən işlərin icrasına mane olmağa çağırıb. "...Rusiya Federasiyasındakı bəzi dairələr Qarabağ kontekstində Moskva ilə Bakı arasında onsuz da asan olmayan münasibətləri sanki qəsdən  ağırlaşdırırlar", - Musabəyov Facebook-da öz statusunda bildirib.

Rusiyalı hərbi ekspert və politoloq Oleq Kuznetsov isə baş verənləri siyasi kobudluq və yaxud rusiyalı məmurların kütbeyinliyi adlandırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun