Rusiyada "Okulus" - internetdə qadağan olunmuş foto və videolar üçün axtarış sistemi hazırlanacaq

Rusiyada "Okulus" - internetdə qadağan olunmuş foto və videolar üçün axtarış sistemi hazırlanacaq
20 Sentyabr 2021
Mətni dəyiş
Roskomnadzorun nəzdindəki əsas radiotezlik mərkəzi internetdəki şəkillər və videolarda qadağan edilmiş məzmunu aşkar etmək üçün sistem hazırlamaq məqsədilə tender elan edib. Müvafiq dövlət alqı-satqısı ilk olaraq Kommersant”-ın diqqətini çəkib. Sistemin texniki şərtlərinin hazırlanması üçün elan edilən 15 milyon rubl dəyərində tender sentyabrın 15-də yayımlanıb. Sistemin işə salınması 2022-ci ilə planlaşdırılır. “Okulus” adlandırılan sistemin süni intellekt əsasında çalışacağı ehtimal edilir. O, foto və video fayllarda ekstremist materiallar və pornoqrafiya, narkotikin təbliği, kütləvi iğtişaşlar və intiharlara çağırışları avtomatik şəkildə üzə çıxarır. “Kommersant”-ın sorğusuna cavab verən ekspertlər hesab edirlər ki, foto və videoların bu şəkildə filterlənməsi sistemin istifadəçilərin internet sürətini əhəmiyyətli dərəcədə aşağı salacaq. “Lanit-Terkom” şirkətinin ortağı Vladimir Ufnarovskinin fikrincə, “Okulus” sisteminin inkişafı on milyonlardan yüz milyonlarla rubla qədər başa gələ bilər. Onun tətbiqi milyardlarla, təmiri isə ildə on milyonlarla rubla reallaşdırılacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun