Milli Məclis “Lombardlar haqqında” qanun layihəsini müzakirəyə çıxarır

Milli Məclis  “Lombardlar haqqında” qanun layihəsini müzakirəyə çıxarır
15 Sentyabr 2021
Mətni dəyiş

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2021-ci ilin payız sessiyasının iş planı açıqlanıb.

İş planına “Lombardlar haqqında”, “Turizm haqqında”, "Dövlət rüsumu haqqında", o cümlədən komitəyə daxil olacaq digər qanun layihələrinin müzakirəsi daxil edilib. Sentyabrın 8-də Milli Məclisin payız sessiyasının komitə iclasları başlayıb.

Sessiya çərçivəsində ilk olaraq parlamentin Elm və təhsil komitəsinin toplantısı keçirilib.

Onlayn qaydada keçiriləcək iclasın gündəliyinə iki məsələ daxil edilib. Bunlar aşağıdakılardır:

1. Milli Məclisin Elm və təhsil komitəsinin 2021-ci ilin payız sessiyası üçün iş planının müzakirəsi.

2. Milli Məclisin 2021-ci il növbədənkənar sessiyası ərzində Elm və təhsil komitəsində görülmüş işlərin hesabatı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun