Milli Fədai Hərəkatının rəhbəri Fuad Muradov istintaqa cəlb edildi

Milli Fədai Hərəkatının rəhbəri, “Qazaxlı Alik”in oğlu Fuad Muradov polis tərəfindən saxlanılıb.

Bu barədə hüquqşünas Aslan İsmayılov özünün “facebook” hesabında məlumat paylaşıb:

“Bu gün ərizə ilə bağlı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edildim və sübutlarımı təqdim etdim. Ərizə üzrə araşdırma davam edir. Fuad Muradov şübhəli şəxs kimi saxlanılıb və hal-hazırda adıçəkilən idarədədir”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az saytına bildirilib ki, hüquqşünas Aslan İsmayılovun müraciəti əsasında Furad Muradov polisə dəvət olunub: “Onun izahatı alınıb və sərbəst buraxılıb. Hazırda həmin müraciət əsasında araşdırmalar davam etdirilir”.

Aslan İsmayılovun açıqlamasında deyilir ki, Fuad Muradov uzun müddətdir sosial şəbəkələrdə ictimai aktiv şəxsləri küçə söyüşləri ilə təhqir edir.

“Əxlaqsızlıqda bütün əndazələri aşan saxta “fədai” Fuad Muradov haqqında qanuni tədbirlərin görülməsi üçün 10 sentyarda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət edib, ərizəni də olduğu kimi burada paylaşmışdım”.

Əvvəlki məqaləSəlim Müslümov vəkilindən imtina etdi
Növbəti məqalədəMəhkəmə işi: “Tağı Əhmədov ödənişi gecikdirdiyi üçün ondan borc alan şəxsi döyüb”