Makron Əl-Cəzirə müharibəsində Fransa üçün döyüşən Harkilərdən üzr istəyib

Makron Əl-Cəzirə müharibəsində Fransa üçün döyüşən Harkilərdən üzr istəyib
20 Sentyabr 2021
Mətni dəyiş
Fransa Prezidenti Emmanuel Makron Əl-Cəzirənin müstəqillik müharibəsində Fransa üçün döyüşən müsəlman Harkilərdən ölkəsi adından üzr istəyib və Fransanın öz məsuliyyətini yerinə yetirmədiyinə inandığını qeyd edib. “Döyüşənlərə minnətimizi ifadə etmək istəyirəm. Sizi unutmayacağıq. Üzr istəyirəm!” - 1954-1962-ci illərdə davam edən və Əl-Cəzirənin müstəqilliyi ilə nəticələnən müharibədə Fransa üçün Əl-Cəzirə xalqına qarşı döyüşən Harkilərə həsr edilən anım mərasimində Makron belə deyib və ölkəsinin Harkilərə, onların həyat yoldaşlarına, uşaqlarına olan borclarını ödəmədiklərini əlavə edib. Hökumətin bu ilin sonunadək Harkilərin tanınmasını təmin edəcək layihəni bitirəcəyini söyləyən Makron bildirib: “Harkilərin xatirəsini vücudunuzda daşıyırsınız. Harkilərin şərəfi milli hafizəyə həkk olunmalıdır”. Harkilər kimlərdir? Əl-Cəzirənin qurtuluş savaşında Fransanın yanında döyüşən Harkilərin bir qismi ölkənin müstəqillik qazanmasından sonra Fransaya köçüb, Əl-Cəzirədə qalanların çoxu isə ya qətl edilib, yaxud şərəfsiz yaşayış şəraitinə tərk ediliblər. [caption id="attachment_108874" align="alignnone" width="1280"] Müsəlman Harkilər[/caption] Bəzi dairələr “Harki” kəlməsini bir az daha geniş mənada dəyərləndirərək müharibədə fiziki şəkildə yer almasa da, Fransanın Əl-Cəzirədəki müstəmləkə hakimiyyətinin davam etdirilməsini dəstəkləyənləri də əhatə etdiyini söyləyir. Fransa Prezidenti ötən aylarda dövlət arxivlərindəki gizli sənəd statusuna sahib əlli ildən köhnə faylların ictimaiyyətə açılmasına icazə verib. Bu qərarla başda Əl-Cəzayir müharibəsi ilə bağlı sənədlər olmaqla, bütün gizli statusa sahib sənədlər üzə çıxıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun