Kadırov Çeçenistanda keçirilən parlament seçkilərində səslərin 99,6 faizini topladı

Rusiya Federasiyası Çeçenistan Respublikasının Prezidenti Ramzan Kadırov ölkədə keçirilən parlament seçkilərində səslərin 99,6 faizini əldə edib.

Təxminən 15 ildir Çeçenistanda hakimiyyəti əlində saxlayan Kadırov avtoritar idarəetməsi və Prezident Vladimir Putinlə olan yaxınlığı ilə tanınır.

“Ria Novosti”nin verdiyi xəbərə görə, bazar ertəsi səhər saatlarında səslərin yarıdan çoxu sayılıb və Kadırovun 99,6 faiz səs topladığı məlum olub.

Kadırov 2016-cı il parlament seçkilərində də səslərin 97,9 faizini toplayaraq qələbə qazanmışdı.

Ramzan Kadırov Çeçenistan Respublikasının ikinci prezidenti Əli Əhmədovun vəfatından sonra Vladimir Putinin dəstəyi ilə 2007-ci ildən ölkənin prezidenti postuna keçib.

İnsan haqları pozuntuları

İnsan haqları müdafiəçiləri Kadırov rejimini məhkəmədənkənar hökmlər və onu tənqid edənlərin, cinsi azlıqların sıxışdırılması da daxil olmaqla, saysız insan hüquqlarının pozulmasında ittiham edir.

Rusiya Federasiyasının tərkibində olan ölkəsini dəmir yumruqla idarə edən Ramzan Kadırov 2019-cu ilin noyabr ayında verdiyi bir açıqlamada “İnsanlar arasında harmoniyanı pozanlar, dedi-qodu edənlər və problem yaradanlar… Əgər onları öldürərək, həbs edərək və ya qorxudaraq dayandıra bilməsək, heç bir şey işə yaramayacaq” ifadələrindən istifadə etmişdi.

Əvvəlki məqaləIDI araşdırma sənədi hazırladı: Sosial şəbəkələrdə ifadə azadlığının vəziyyəti necədir?
Növbəti məqalədəAvropa Şurası Rusiyada “qorxu atmosferində” keçirilən seçkiləri qınayıb