İran Azərbaycanda saxlanmış sürücüləri buraxdırmağa çalışır, rəsmi şəxslərlə görüş tələb edir

İran Azərbaycanda saxlanmış sürücüləri buraxdırmağa çalışır, rəsmi şəxslərlə görüş tələb edir
20 Sentyabr 2021
Mətni dəyiş

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib ki, İran Azərbaycanda saxlanılan sürücülərin dərhal azadlığa buraxılması üçün çalışır.  

Xətibzadə bildirib ki, məsələnin tam həlli üçün Azərbaycanın rəsmi şəxsləri ilə görüş tələb edilib.

Sentyabrın 12-dən Azərbaycan polisi Gorus-Qafan yolunun onun nəzarətində olan Eyvazlı hissəsində (Ermənistanın Vorotan kəndi yaxınlığında) İran nömrəli yük maşınlarını dayandırmağa, sənədlərini yoxlamağa başlayıb. Azərbaycan Dövlət Gömrük Komitəsi İran maşınlarından rüsum alınmasının ölkə qanunvericiliyinə uyğun olduğunu bildirib. İki sürücünün saxlanması isə onların Azərbaycan ərazisinə qanunsuz yollarla girməsilə izah olunub.

İran XİN-in təmsilçisi qonşu ölkələrin ərazi bütövlüyünün Tehran üçün prioritet olduğunu vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun