İngiltərə kütləvi tədbirlər və klublara giriş üçün COVID pasport tələbini ləğv edib

Böyük Britaniya hökuməti İngiltərədə gecə klublarına və kütləvi tədbirlərə daxil olmaq üçün tələb olunan peyvənd pasportlarından imtina edib.

Bu barədə məlumatı Britaniyanın səhiyyə naziri Sacid Cavid açıqlayıb. Onun sözlərinə görə, insanlardan hər hansı tədbirlərdə iştirak etmək üçün sənədlərin təqdim olunmasını tələb etmək ideyasını heç vaxt bəyənməyib.

O, həmçinin əlavə edib ki, yüksək səviyyədə vaksinasiya, testlərin uğurla həyata keçirilməsi və s. bu kimi tədbirlər peyvənd pasportunu gərəksiz edir.

Əvvəlki məqaləRasim Quliyev: “Qış parkında aparılan tikinti zamanı tarixi binaya ziyan dəyib”
Növbəti məqalədəBaş Prokurorluq: “İntihar edən əsgərə zor tətbiq edilib”