Ermənistanın keçmiş Baş prokuroru həbs edildi

Ermənistanın keçmiş Baş prokuroru həbs edildi
7 Sentyabr 2021
Mətni dəyiş

Ermənistanın sabiq Baş prokuroru Aqvan Ovsepyan saxlanılıb. 

Bu barədə Ermənistan Xüsusi İstintaq Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Ovsepyan dələduzluq yolu ilə əmlak mənimsədə, külli miqdarda rüşvət almaqda və çirkli pulların yuyulmasında (2,3 milyon dollar məbləğində) ittiham olunur.

Sabiq Baş prokurorun vəkili bildirib ki, Ovsepyan ittihamları rədd edir.

A. Ovsepyan 18 mart 2004-cü ildən 13 sentyabr 2013-cü ilə qədər Baş prokuror, 18 iyul 2014-cü ildən 11 iyun 2018-ci ilə qədər Ermənistan İstintaq Komitəsinin sədri vəzifələrində çalışıb.

Ermənistanın sabiq baş prokuroru 2008-ci il mart hadisələrinə görə də dindirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun