Ermənistan mediası: 'Bakı və Yerevan sərhədin delimitasiyası haqqında razılıq əldə edib'

Ermənistan mediası: 'Bakı və Yerevan sərhədin delimitasiyası haqqında razılıq əldə edib'
18 Sentyabr 2021
Mətni dəyiş

Sentyabrın 17-də Ermənistanda eyni zamanda bir neçə rəsmi mənbə Moskvadakı danışıqların yekunlarına görə Azərbaycan və Ermənistanın delimitasiya və demarkasiya prosesinə başlamaq barədə razılıq əldə etdiyinə işarə edib.

Turan agentliyinin məlumatına görə, Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin sədri Yerevanda keçirilən brifinqdə sərhəd məsələsi ilə bağlı danışıqlar aparılacağını təsdiq edib.

“Biz gərginliyin azaldılması və sülhün möhkəmləndirilməsi prosesini dönməyən prosesə çevirməliyik”, deyən Koçaryan məsələnin təfərrüatlarını açıqlamayıb.

Onun ardınca Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan da jurnalistlərə sərhədin delimitasiyası və demarkasiyası zərurətindən danışıb.

Ermənistan mətbuatı hətta müqavilə bəndlərindən danışır

“Düşünürəm ki, müəyyən bir prosesə başlamaq lazımdır”, deyə o, RF XİN-in mətbuat katibi Zaxarovanın Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyasına başlamaq zərurəti haqqında çağırışını şərh edərkən bildirib.

Bəzi Ermənistan KİV-ləri hətta gələcək sazişin bəndləri barədə də məlumat yayıblar. Onların məlumatına görə, gələcək sülh müqaviləsində Qarabağın hər hansı statusu müəyyən edilmir, sərhədlər SSRİ dövrünün xəritələri əsasında müəyyən edilir, Rusiya sülhməramlı missiyasının müddəti uzadılır, Zəngəzur yolu açılır və Azərbaycan nəqliyyatın keçidinə görə ödəniş edəcək.

Rəsmi Bakı bu məlumatlarla, eləcə də Moskvadakı danışıqlar faktı ilə bağlı şərh vermir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun