Dünya Bankı "Doing Business" reytinqini dərc etməyi dayandıracaq

Dünya Bankı "Doing Business" reytinqini dərc etməyi dayandıracaq
17 Sentyabr 2021
Mətni dəyiş

Dünya Bankı bütün dünyada biznes şərtlərini qiymətləndirən "Doing Business" illik reytinqinin dərcini dayandırmaq qərarına gəlib.

Təşkilatın bu qərarı əvvəlki hesabatların hazırlanması zamanı aşkar edilən səhvlər və pozuntularla izah edilib.

Bankdan bildirilib ki, gələcəkdə dünya ölkələrində "iş və investisiya mühitinin qiymətləndirilməsinə yeni yanaşma" hazırlanacaq.

Reytinqlərin nəşri hələ 2020-ci ilin avqustunda müvəqqəti olaraq dayandırılmışdı. Bundan sonra son beş nəşrin sistematik yoxlanılmasına başlanılıb. Nəticələrə əsasən, 2018 və 2020-ci illərin hesabatlarında əhəmiyyətli pozuntular aşkar edilib.

"Doing Business"-in 2020-ci ildə nəşr olunan son versiyasında Azərbaycan 190 ölkə arasında 76.7 xalla 34-cü yerdə qərarlaşıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun