Dövlət Statistika Komitəsi qiymətlərin 5 faiz artdığını deyir

Dövlət Statistika Komitəsi qiymətlərin 5 faiz artdığını deyir
11 Sentyabr 2021
Mətni dəyiş
Azərbaycanda 2021-ci ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2020-ci ilin eyni dövrünə nisbətən 4.8 faiz artıb. Bu məlumatı bu gün, sentyabrın 10-da Dövlət Statistika Komitəsi (DSK) yayıb. DSK-nın məlumatında vurğulanır ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları 5.4, qeyri-ərzaq məhsulları, əhaliyə göstərilən ödənişli xidmətlər isə 4.2 faiz bahalaşıb. Qurumun məlumatına görə, avqustda isə inflyasiya cəmi 0.5 faiz olub. "İnflyasiya ikirəqəmli olub" Amma bəzi müstəqil iqtisadçılar DSK-nın açıqlamasına şübhə ilə yanaşırlar. Onlar hesab edirlər ki, gerçəkdə inflyasiya ikirəqəmli olub. Onlar xatırladıblar ki, bu il kommunal xidmətlər bəzi sahələrdə 25 faizdən 100 faizə qədər bahalaşıb. Üstəlik, benzinin, dizelin də qiymətləri artıb. İqtisadçılar habelə vurğulayırlar ki, həm yanacağın qiymətinin, həm də kommunal xərclərin artması inflyasiyaya təsir edən ciddi amillərdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun