Danimarkada ömürlük həbs cəzası alan məhkumların “romantik” əlaqələrinə qadağa təklif edildi

Danimarkada ömürlük həbs cəzası alan məhkumların “romantik” əlaqələrinə qadağa təklif edildi
17 Sentyabr 2021
Mətni dəyiş
Danimarka Ədliyyə Nazirliyi ölkədə ömürlük həbs cəzası alan məhkumların “romantik” əlaqələr qurmasının qarşısının alınacağını açıqlayıb. "Son illərdə dəhşətli cinayətlər törədən məhkumların gənclərlə ünsiyyət quraraq rəğbət və diqqət qazanmağa çalışdıqlarını gördük. Bunun mütləq dayandırılması lazımdır”, - deyə ölkənin ədliyyə naziri Nik Hakkerap bildirib. BBC bildirir ki, bu qadağa məhkumun cəzasının ilk 10 ilində qüvvədə olacaq. Buna əsasən, məhbusun həbs olunmazdan əvvəl yaxın olduğu insanlarla məktub və ya telefon danışıqları aparmasına icazə veriləcək. Sözügedən qərar 17 yaşlı bir qızın jurnalist Kim Uollu öz sualtı gəmisində öldürən Peter Madsenə aşiq olduğunu açıqlamasından sonra verilib. [caption id="attachment_108730" align="alignnone" width="976"] Peter Madsen[/caption] Kim Uoll 2017-ci ilin avqustunda danimarkalı Peter Madsenə məxsus sualtı qayığına getdikdən sonra paytaxt Kopenhagendə yoxa çıxıb və onun parçalanmış cəsədi 11 gün sonra dənizdə tapılıb. Çərşənbə günü komissiyaya göndərilən və sağçı müxalifət tərəfindən təsdiqlənən qanun layihəsi 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Bəzi həbsxanalarda internetə məhdudiyyət qoyulan ölkədə altı bənddən ibarət qanun layihəsi uzun müddət azadlıqdan məhrum edilən məhkumların cinayətlərinin sosial mediada yerləşdirməsinə və ya podkastlarda müzakirə edilməsinə də son qoyacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun