Cəmil Babayev iki erməni ilə dəyişdirilərək Azərbaycan tərəfinə qaytarıldı

Gəncədə yerləşən psixatriya xəstəxanasından qaçdıqdan sonra yolunu azaraq Qarabağdakı Rusiya sülhməramlılarının nəzarəti altında olan əraziyə keçmiş azərbaycanlı Cəmil Babayev yolunu azaraq Azərbaycan tərəfə keçmiş iki erməni – Artur Nalbandyan və Aramais Torozyanla dəyişdirilib.

Dəyişdirilmə prosesi Rusiya sülhməramlılarının vasitəçiliyi ilə baş tutub.

Qeyd edək ki, Cəmil Babayevin əvəzinə geri qaytarılan ermənilər yollarını azdıqları üçün Azərbaycan ərazisinə keçdiklərindən onlar barəsində cinayət işi açılmamışdı.

Əvvəlki məqaləRusiya Dumasında pedofillər üçün edam cəzası müzakirə olunur
Növbəti məqalədəQanunsuz silahlı birləşməyə qoşulmaqda ittiham olunan şəxslər həbs olunub