BMT dünya ölkələrini Əfqanıstana maddi yardım ayırmağa çağıracaq

BMT dünya ölkələrini Əfqanıstana maddi yardım ayırmağa çağıracaq
8 Sentyabr 2021
Mətni dəyiş

BMT-nin baş katibi Antoniu Quterreş Əfqanıstanla bağlı Cenevrədə keçiriləcək görüşdə dünya dövlətlərini qarşıdakı dörd ayda bu ölkəyə yardım üçün 606 milyon ABŞ dolları ayırmağa çağıracaq.

Bunu BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits Kabilə səfərindən sonra keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu vəsait Əfqanıstanın ərzaq, dərman, tibbi xidmətlər sahəsində mövcud humanitar ehtiyaclarını ödəmək üçün sərf olunmalıdır.

Qeyd edək ki, BMT sentyabrın 13-də İsveçrənin Cenevrə şəhərində Əfqanıstan üçün nazirlər səviyyəsində humanitar konfrans keçirəcək. Antoniu Quterreş konfransda iştirak etmək üçün Cenevrəyə gedəcək. BMT-nin Əfqanıstanda humanitar yardım missiyasını davam etdirməsi üçün 1,3 milyard ABŞ dollar məbləğində maliyyə dəstəyinə ehtiyacı var, lakin bu günə qədər həmin maliyyənin yalnız 39 faizi toplanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun