“Azərbaycan hərbçilərini görəndə təzyiqim qalxır” - Erməni qubernator

“Azərbaycan hərbçilərini görəndə təzyiqim qalxır” - Erməni qubernator
14 Sentyabr 2021
Mətni dəyiş
“Başa düşürsünüz, mən hər şeydən çox özümü düşünürəm, çünki hər gün bu yolla (Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsi) hərəkət edəndə qarşımda silahlı türk görürəm”. Bunu Syunik (Zəngəzur) vilayətinin qubernatoru Melikset Poqosyan Azərbaycanın Qubadlı rayonunun Eyvazlı kəndi yaxınlığında, Gorus-Qafan yolu üzərində qurulmuş sərhəd-polis postu barədə danışarkən deyib. “Üç nəsillə döyüşmüş bir şəxs üçün hər gün türk görməkdən pis heç nə yoxdur. Təzyiqim qalxır, mənim halım daha pisdir”, - deyə Poqosyan bildirib. Bununla yanaşı, o, azərbaycanlıların onun avtomobilini saxlayıb-saxlamadıqları barədə jurnalistlərin suallarını cavablayarkən qeyd edib: “Onlar Ermənistan  nömrəli maşınların heç birini saxlamır və yalnızca iran maşınlarını saxlayırlar. Bilmirəm, niyə belədir. İran avtomobillərinin sürücülərinin sənədlərini yoxlayırlar”. Son günlər İranın Qarabağa qanunsuz yük daşımaları Azərbaycanı ciddi narahat edib. Bakının etirazına baxmayaraq, bir ay sonra İran yük maşınlarının Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz daxil olmağı ilə bağlı görüntülər də yayılmışdı. Eyni zamanda, məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanıb. Bununla bağlı Azərbaycanın Gorus-Qafan yolunun Qubadlının Eyvazlı kəndi yaxınlığından keçən hissəsində polis postu qoyulub. Burada İrandan Ermənistana, oradan isə Azərbaycanın Qubadlı rayonunun ərazisindən keçən yük maşınlarına nəzarət olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun