AXCP üzvünə 17 saylı cəzaçəkmə müəssisəsində işgəncə verilir

AXCP üzvünə 17 saylı cəzaçəkmə müəssisəsində işgəncə verilir
22 Sentyabr 2021
Mətni dəyiş
Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Zamin Salayevə saxlandığı 17 saylı cəzaçəkmə müəssisəsində işgəncə verildiyini deyir. Bu barədə AXCP-dən məlumat verilib.  Partiyadan bildirilib ki, Zamin Salayev bir neçə gün əvvəl zəng vuraraq ona partiyadan çıxmaq barədə ərizəyə qol çəkdirmək üçün müəssisənin rəisi Şakir Qəniyev 2 dəfə işgəncə verib. "Səsi çox zəif idi. Dediyinə görə, ondan partiya əleyhinə bəyanat verməyi, istefa ərizəsi yazmağı tələb ediblər. İmtina etdikdə isə işgəncə veriblər və 10 günlük cərimə kamerasına salıblar. O isə buna etiraz olaraq artıq 2 həftədir aclıq aksiyası keçirir". AXCP-dən əlavə ediblər ki, hazırda Zamin Salayev 1 saylı İstintaq təcridxanasındadır. "Vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı qərardan apellyasiya şikayəti verilib deyə o, təcridxanaya köçürülüb". Məsələ ilə bağlı Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb. Salayev 2020-ci ildə 2 il 3 ay azadlıqdan məhrum olunub. Hökm aprelin 20-si Salyan rayon Məhkəməsində çıxarılıb. O, Salyan rayon Polis İdarəsinin bölmə rəisi, polis kapitanı Həmzə Əzizovun şikayəti əsasında həbs edilib. Bir müddət öncə Salayev sosial şəbəkədə video yayaraq Əzizovu qanunazidd və polis əməkdaşına yaraşmayan hərəkətlərdə günahlandırıb. Bundan sonra Əzizov Salyan rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldıraraq Salayevin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyib. Məhkəmə polis kapitanının şikayətini təmin edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun