Avstraliyadan sonra İsveçrə də Fransaya zərbə vurdu: Paris daha bir iri sifarişdən məhrum oldu

Avstraliyadan sonra İsveçrə də Fransaya zərbə vurdu: Paris daha bir iri sifarişdən məhrum oldu
20 Sentyabr 2021
Mətni dəyiş
İsveçrə və Fransa prezidentləri arasında planlaşdırılmış görüş ləğv edilib. Buna səbəb Bernin fransız deyil, ABŞ təyyarələrini tərcih etməsi olub. “Le Matin Dimanche” İsveçrə qəzeti xəbər verir ki, məhz müvafiq qərarın ardından Fransa tərəfinin təşəbbüsü ilə ölkə prezidenti Makronun isveçrəli həmkarı və iqtisadiyyat naziri ilə bu ilin noyabrında keçiriləcək danışıqlarının ləğv olunduğunu bildirir. Məlumata görə, İsveçrə 36 ədəd “Lockheed Martin F35A” təyyarəsinin alınması barədə qərarı hələ iyun ayında qəbul edib. Buna baxmayaraq, ölkənin müdafiə nazirliyi “Rafale” təyyarələrinin istehsalçısı olan Fransanın “Dassault” şirkətilə aparılan danışıqları davam etdirib. İsveçrənin İqtisadiyyat Nazirliyi Makronla görüşün keçirilməyəcəyini təsdiq etsə də, onun isçi qrafikinin tərtibatının hələ başa çatmadığını vurğulayıb. Bu xəbər Fransa ilə ABŞ və Avstraliya arasındakı gərginliyin fonunda yayılıb. Bu günlərdə rəsmi Kanberra fransız sualtı qayıqları əvəzinə ABŞ-ın atom silahlı anoloji məhsullarını tərcih etdiyini açıqlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun