Avropa Şurası Rusiyada “qorxu atmosferində” keçirilən seçkiləri qınayıb

Avropa Şurası Rusiyada “qorxu atmosferində” keçirilən seçkiləri qınayıb
20 Sentyabr 2021
Mətni dəyiş
Avropa Şurası Rusiyada seçkilərin “qorxu atmosferində” keçirilməsini və seçki məntəqələrində beynəlxalq müşahidəçilərin qıtlığını qınayıb. Bu barədə bazar ertəsi Avropa Şurasının Xarici Siyasət Xidmətinin rəsmi nümayəndəsi Peter Stano bildirib. Səsvermədən bir neçə gün əvvəl Avropa Parlamenti birliyə üzv dövlətləri seçkilərin nəticələrini tanımamağa hazır olmağa çağıran bir qətnamə qəbul edib. İlkin nəticələrə görə, seçkilərdə böyük fərqlə “Vahid Rusiya” partiyası qələbə qazanıb. Bu arada, müxalifət və bir sıra KİV ölkənin müxtəlif regionlarındakı seçki məntəqələrində saysız pozuntular haqda məlumat verirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun