Avropa Birliyinin 'Taliban' qərarı: "Tanımayacaq, lakin əlaqələr quracağıq"

Avropa Birliyinin 'Taliban' qərarı: "Tanımayacaq, lakin əlaqələr quracağıq"
4 Sentyabr 2021
Mətni dəyiş

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələri üzrə Ali Komissarı Josep Borrel Əfqanıstanda yeni qurulacaq “Taliban” hökumətini tanımayacaqlarını, lakin müəyyən meyarlar çərçivəsində əlaqələr quracaqlarını bəyan edib.

Bu barədə o, Aİ ölkələri XİN rəhbərlərinin qeyri-rəsmi toplantısında bildirib.

Ali Komissar qeyd edib ki, əfqan xalqını dəstəkləmək məsələsində nazirlər arasında fikir ayrılığı yoxdur. Lakin bunun üçün ölkədəki yeni hökumətlə anlaşmağımız vacibdir.

Borrelin sözlərinə görə, tanınma anlamına gəlməyən bu əlaqələrin gələcək inkişafı Əfqanıstan hökumətinin davranışlarından asılı olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun