“Aİ-95” və “Aİ-98” markalı benzinin qiymətləri qaldırıldı

“Aİ-95” və “Aİ-98” markalı benzinin qiymətləri qaldırıldı
15 Sentyabr 2021
Mətni dəyiş

Azərbaycanda sabahdan etibarən “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik ediləcək.

Bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) yanacaq satışı ilə məşğul olan törəməsi "SOCAR Petroleum" açıqlama yayıb.

Məlumata görə, “Aİ-95” markalı benzinin qiyməti 1,60 AZN, “Aİ-98” markalı benzinin qiyməti isə 1,90 AZN təşkil edəcək, yəni qiymətlər markalar üzrə müvafiq olaraq 15 qəpik və 30 qəpik qaldırılıb.

Ölkəmizdə premium və super markalı benzinin qiymətinin artmasına beynəlxalq bazarda məhsulun dəyərinə təsir edən amillər səbəb olub.

“Aİ-95” premium və “Aİ-98” super markalı benzin Azərbaycanda istehsal olunmadığından xarici ölkələrdən idxal edilir. Məhsulun bu ölkələrdə qiymətinin artması onun idxal dəyərinə və eləcə də respublikamızdakı satış qiymətinə də birbaşa təsir edir.

Son qiymət dəyişikliyinə qədər respublikamıza xaricdən idxal edilən “Aİ-95” premium markalı benzinin qiyməti 1,45 AZN, “Aİ-98” super markalı benzinin qiyməti 1,60 AZN təşkil edirdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun