ABŞ-da 11 sentyabrla bağlı ilk gizli sənəd dərc olunub

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FBI) 11 sentyabr terror aktlarıyla bağlı ilk gizli sənədi açıqlayıb.

RİA Novostinin məlumatına görə, büronun saytında dərc olunan material ölkə prezidenti Co Baydenin müvafiq sərəncamı ilə işıq üzü görüb.

Sənəd büro əməkdaşlarının Los-Ancelesdəki Səudiyyə Ərəbistanı konsulluğunun nümayəndələrilə söhbətinin yekunları əsasında tərtib edilib. Söhbət 2015-ci ildə aparılsa da, yekun sənəd 2016-cı ildə hazırlanıb.

Danışıqlar zamanı ABŞ tərəfi təyyarələri qaçıran terrorçulara logistik dəstək verənləri üzə çıxarmağa çalışıblar.

Əvvəlki məqaləQubad İbadoğlunun sosial şəbəkə hesabı ələ keçirilib
Növbəti məqalədəTelman İsmayılov Avropadakı milyonlarla dəyəri olan mülkünü itirib