Tokioda uğursuz çıxış edən cüdo millimizin məşqçi heyəti qovuldu

Tokioda uğursuz çıxış edən cüdo millimizin məşqçi heyəti qovuldu
2 Avqust 2021
Mətni dəyiş
Kişilərdən ibarət cüdo millimizin məşqçilər heyəti bütünlüklə istefaya göndərilib. Oxu.Az-ın əldə etdiyi xəbərə görə, bu gün Azərbaycan Cüdo Federasiyasında vitse-prezident Sadıq Sadıqovun rəhbərliyi altında iclas keçirilib. İclasda federasiyanın Daimi Təftiş Komissiyasının sədri Ağayar Axundzadə, baş katib Elmar Babanlı və baş katibin müavini Elnur Əşrəfoğlu iştirak edib. Qərara alınıb ki, yeddi kişi cüdoçu ilə Tokio Olimpiadasında təmsil olunan və heç bir medal qazana bilməyən millimizin məşqçilər heyəti bütünlüklə istefaya göndərilsin. Belə ki, ukraynalı baş məşqçi Ruslan Maşurenko başda olmaqla, onun azərbaycanlı köməkçiləri – Elxan Məmmədov, Nazim Hüseynov, Mehman Əzizov, Elçin İsmayılov və Rüstəm Alimli komandadan qovulub. Həmçinin yüksək əməkhaqqı alan cüdoçuların maaşlarının azaldılması barədə qərar verilib. Əsas komandanı çalışdırmaq müvəqqəti olaraq gənclərdən ibarət millimizin məşqçi heyətinə tapşırılıb. Belə ki, komandanı sentyabrda Kazanda I MDB Oyunları və oktyabrda Bakıda Zəfər Gününə həsr olunan “Böyük Dəbilqə” turnirləri gözləyir. Bu turnirlərə komanda gənclərdən ibarət millimizin baş məşqçisi, sabiq üçqat Avropa çempionu Elçin İsmayılovun rəhbərliyi altında çıxacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun