Taliban rəsmisindən müsahibə alan qadın jurnalist ölkəni tərk etdi

Taliban rəsmisindən müsahibə alan qadın jurnalist ölkəni tərk etdi
30 Avqust 2021
Mətni dəyiş
Əfqanıstanda Talibanın sözçüsünü efirə çıxaran qadın aparıcı Beheşta Arqandın (Beheshta Arghand) ölkəni tərk etdiyi bildirilib. “Milyonlarla insan kimi mən də Talibandan qorxuram” deyən Arqand sözlərinə belə davam edib: “Demək olar ki, bütün tanınmış müxbirlərimiz və jurnalistlərimiz işdən çıxdılar. Yerlərini doldurmaq üçün dəli kimi çalışırıq. İnsanları çölə çıxarmaq və prosesi davam etdirmək kimi iki problemimiz var”. CNN-ə müsahibə verən Arqandın Talibanın sözçüsü Yusifzai ilə reportajdan iki gün sonra ailəsi ilə birlikdə Qətər Hərbi Hava Qüvvələrinə aid təxliyə təyyarəsinə mindiyi öyrənilib. Kabil Universitetində jurnalistika təhsili alan 24 yaşlı Arqand Talibanın verdiyi vədləri yerinə yetirəcəyi təqdirdə ölkəsinə qayıda biləcəyini deyib.  “Təhlükəsizlikdə olduğumu və mənim üçün təhdid olmadığını bilsəm geri dönəcəyəm və ölkəm üçün çalışacağam”. Arqandın reportajı Talibanın bir qadın aparıcı ilə canlı yayına çıxdığı ilk belə haldır.  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun