Şəhriyar Məmmədyarov “Aimchess USRapid” turnirinin səkkizdə bir finalına vəsiqə qazanıb

Şəhriyar Məmmədyarov “Aimchess USRapid” turnirinin səkkizdə bir finalına vəsiqə qazanıb
31 Avqust 2021
Mətni dəyiş

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının sonuncu mərhələsi - “Aimchess USRapid” turnirinin təsnifat mərhələsinin son 5 turunun oyunları keçirilib.

Qrossmeyster Şəhriyar Məmmədyarov günün ilk qarşılaşmasında – 11-ci turda hindistanlı Santoş Viditlə heç-heçə edib, növbəti turda vyetnamlı Le Quanq Liemə məğlub olub. On üçüncü turda Fransa təmsilçisi Alireza Firuzca ilə heç-heçə edən şahmatçımız sonrakı turda rusiyalı Daniel Naroditskiyə qalib gəlib. Şahmatçımızın ABŞ təmsilçisi Erik Hansen ilə keçirdiyi son qarşılaşmasında da heç-heçə qeydə alınıb.

On beş turda 9 xal toplayan şahmatçımız 6-cı yerdə qərarlaşıb. Bununla da Ş.Məmmədyarov turnirin səkkizdəbir final mərhələsinə vəsiqə qazanıb.

Turnir sentyabrın 5-dək davam edəcək. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun