Rusiyada turist helikopteri qəzaya uğrayıb, 8 nəfər ölüb, yaralılar var

Rusiyada turist helikopteri qəzaya uğrayıb, 8 nəfər ölüb, yaralılar var
12 Avqust 2021
Mətni dəyiş

Rusiyanın Kamçatka diyarında Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində ilkin məlumata görə, 8 nəfər həlak olub.

Bu barədə məlumatlı mənbə bildirib.

Qeyd edilir ki, hadisə zamanı helikopterdə olan 9 nəfər sağ qalıb.

Məlumata görə, heyət üzvləri dumanlı hava şəraitində helikopteri endirmək istəyiblər. Lakin helikopter “Yelizovo” hava limanından 200 kilometr məsafədəki Kurilsk gölə düşüb.

TASS agentliyi də qəza zamanı 8 nəfərin həlak olduğunu yazıb. Qeyd edilir ki, qəza zamanı daha 9 nəfər xəsarət alıb. Helikopter göldə batıb. Hadisə yerinə xilasetmə qüvvələri göndərilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun